Ayrılıq iddialarından sonra aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşla ilk dəfə fotosunu paylaşıb.
Uvertura.az xəbər verir ki, aparıcı Doğuşun ad gününü qeyd etmək üçün İstanbula gedib. O, birgə çəkdirdikləri fotoya “Doğum günü davam edir” şərhini yazıb.
Qeyd edək ki, bir müddət əvvəl türk mediasında Xoşqədəmlə Doğuşun boşanma qərarı aldıqları yazılmışdı. Doğuş Xoşqədəmlə olan bütün fotolarını “Instagram” hesabından silmişdi, həmçinin onu izləmədən çıxarmışdı. Onun İstanbula getdiyi bildirilmişdi. Eyni zamanda Doğuş ötən həftə sonu Xoşqədəmlə birlikdə apardıqları “Günaydın, Azərbaycan” verilişinə qatılmamışdı.
Ötən gün Xoşqədəm həyat yoldaşının doğum günündə paylaşım edərək onu təbrik edib. Bunun ardınca Doğuş yenidən sosial media hesabında Xoşqədəmi izləməyə alıb və onunla olan paylaşımlarını geri qaytarıb. Cütlüyün əkiz oğulları var.