Yer kürəsində rekord istilər müşahidə edilir. Təkcə ABŞ-da 20 milyondan çox insan isti hava şəraitindən əziyyət çəkməkdədir.
Uvertura.az NBC News TV-yə istinadən xəbər verir ki, rekord istilər bir çox insanların sağlamlığında problemlər yaradıb.
TV-dən bildirilir ki, 4 ardıcıl gündür ki, Yer kürəsində (ABŞ və digər dünya ölkələri daxil olmaqla-red.) rekord istilər davam edir: “Temperatur isə orta göstəricidən olduqca yüksəkdir”.
Maraqlıdır ki, ABŞ-ın digər ştatlarında isə əksinə dolu, yağıntılı hava şəraiti, daşqın və s. müşahidə edilməkdədir. Alimlər isə Yer kürəsində baş verən bu qeyri-müəyyənliyin səbəbini iqlim dəyişikliyində görürlər. Bildirilir ki, qeyri-müəyyən hava şəraiti yaxın günlərdə də davam edəcək.