Müğənni Zayn Malik 2021-ci ildə ayrıldığı eks partnyoru, model Gigi Hadid-dən danışıb.
Uvertura.az eonline.com nəşrinə istinadən xəbər verir ki, o, bildirib ki, mənim fikrimcə şəxsi söz-söhbətlər ailədə qalmalıdır: “Hər kəsin fikrini bilməyinə ehtiyac yoxdur, çünki 2 nəfər arasında belə neqativ məsələləri idarə etmək artıq çətindir”.
Onun sözlərinə görə Gigi ilə aralarında yaxşı münasibət var, qızı Khai-nin qayğısı ilə bağlı məsələləri onunla 50/50 bölüşürlər: “Əgər şansım olsaydı, onun 60 olmasını istərdim”, – deyə o, əlavə edib.
Müğənni bildirir ki, o, inanır ki, aralarında baş verən neqativ məsələləri hörmət və əməkdaşlıq çərçivəsində yoluna qoya bilib.
Qeyd edək ki, 2 il öncə mediada yayılan məlumatda bildirilirdi ki, Gigi ilə Zayn arasında baş verən qalmaqallı mübahisədə onun anası Yolanda Hadid-də iştirak edib. Ancaq həmin zaman bu haqda danışmamışdı, indiki açıqlamasında isə yenə də bütün detallar haqqında danışmasa da əlavə edib ki, qızı ilə bağlı gizliliyi ona vermək niyyətindədir. Çünki istəmir ki, indi dediyi hər-hansı bir söz gələcəkdə qızına təsir etsin.