Görməmli kinooperator Rasim İsmayılov 1936-cı ilin iyulun 13-də Bakıda anadan olub. Və bu gün onun anadan olmasından 87 il ötür. O, Azərbaycan kinooperatoru, kinorejissoru, ssenari müəllifi, kino rəssamı, əməkdar incəsənət xadimidir.
Uvertura.az xəbər verir ki, 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator işləməyə başlayıb.
1963–1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim olub.
1976-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1978-ci ildə isə “Sevinc buxtası” bədii filminə görə Dövlət Mükafatı alıb. Sənətkar 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib, bu illər ərzində operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi dörd “Mozalan”, iki animasiya filmi çəkib. Quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan “Tələ” filmidir.
5 may 2004-cü ildə vəfat edib.