Türk sinemasının sevilən ulduzlarından biri olan 66 yaşlı aktirsa Perihan Savaş açıqlaması ilə diqqət çəkib.
Uvertura.az xəbər verir ki, belə ki, o, bildirib ki, “hər kəs elə bilir ki, mən estetik əməliyyat etdirirəm. Ancaq kəsinliklə deyə bilərəm ki, elə şey yoxdur. Mən botoks belə etdirməyi sevən biri deyiləm. Gənc aktrisalar daha tez estetik əməliyyat etdirirlər. Görəndə çox məyus oluram”.
Qeyd edək ki, ancaq maraqlısı budur ki, onun kosmetologiya mərkəzlərinin birində davamlı olaraq üzünə prosedur etdirdiyi ortaya çıxıb.