Əfsanəvi pop və caz musiqiçisi Tony Bennett 96 yaşında vəfat edib.
Uvertura.az Sky News nəşrinə istinadən xəbər verir ki, o, karyerası ərzində həmkarları Frank Sinatra-dan tutmuş Lady Gaga-ya qədər sənayenin ulduzları ilə bir səhnəni bölüşüb. Qlobal səviyyədə musiqiləri milyonlarla nüsxədə satılıb. 20 “Grammy” mükafatçısıdır.
Musiqiçi ilk albomunu 1952-ci ildə 20 yaşlarının ortalarında təqdim edib. Özünün ilk Grammy mükafatını isə 1962-ci ildə “I left My heart in San Francisco”ya görə alıb. 2016-cı ildə alzheimer xəstəliyindən əziyyət çəkdiyi üzə çıxır, yalnız sağlamlığında problemin olduğu isə yalnız 5 il sonra ictimaiyyətə açıqlanır. O, ömür boyu həyata pozitiv baxışını unutmur və sosial mediada onun ən məşhur sitatı paylaşılıb. “Həyat alzheimer xəstəliyi olsa da belə, bir hədiyyədir”.
Qeyd edək ki, 2022-ci ildə sonuncu şousunu həmkarı Lady Gaga ilə təqdim edib. Həmin zaman isə 95 yaşında əldə etdiyi “Grammy” mükafatının həyəcanını dinləyiciləri ilə bölüşürdü.