Bu il 5.3 milyard mobil telefon tullantıya çevriləcək.
Uvertura.az World Economic Forum-un rəsmi LinkedIn səhifəsinə istinadən xəbər verir ki, bu isə dünyada istifadə edilən 16 milyard mobil telefonun ⅓-i edir.
Bildirilir ki, əgər onları bir-birinin üzərinə əlavə etsəniz bu səmanın 50.000 km qədər gedib çıxa bilər. Bu isə Beynəlxalq Kosmis Stansiyadan 120 dəfə böyükdür mənasına gəlir.
Qeyd edək ki, elektron tullantının yalnız ⅕-i yenidən istehsala verilir. Mobil telefonlar isə saxlamaq üçün heç də əlverişli hesab edilən e-tullantı deyil. Hazırda e-tullantının azaldılması üçün bir sıra təşəbbüslər həyata keçirilməkdədir.
Əlavə etmək yerinə düşər ki, bildirilir ki, istehlakçılar əsasən qulaqlıq, ütü və saatları saxlamaqda maraqlıdırlar. Buna səbəb isə onların yenidən istifadə edilə bilməsi, yaxud satıla bilmə ehtimalının olmasıdır.