Dəb dizayneri Victoria Beckham, amerikalı model Hailey Bieber, amerikalı aktrisa, iş qadını Gwyneth Paltrow kimi məşhurlar bu 15 dollarlıq kremin möcüzəsindən danışır.
Uvertura.az xəbər verir ki, söhbər isə “Weleda Skin Food” kremindən gedir.
Victoria Beckham bildirib ki, onun dərisinin sirri “Weleda Skin Food” kremidir: “Bu hər yerdə tapılan və çox da bahalı olmayan məhsuldur. Bədənimin rəngi qaralmış tonda olduqda onu kokos yağı ilə qarışdırıram. Bütün bədənimə çəkirəm. Yumşaq və yağlı tərkibi var”.
Hailey Bieber eyni məhsul haqda bildirib ki, makiyajdan öncə məhsuldan istifadə edir: “Tanıdığım bir sıra makiyaj ustaları “Weleda Skin Food” kremindən istifadə edirlər. Bu üzə daha çox təravət bəxş edir”.
Gwyneth Paltrow-nun 15 dollarlıq krem haqda düşüncələri belədir: “İnsanlar həmişə məndən təmiz, toksik olmayan məhsulun adını soruşurlar və əlavə edirlər ki, onu aptekdən almaq istəyirlər. Bu hansı ola bilər? Onlara cavabım isə “Weleda Skin Food” kremidir. Zəngin tərkibi dərinizi daha çox təravətləndirəcək”.