Kraliyyət ailəsi üzvlərindən olan Şahzadə Harry-nin həyat yoldaşı Meghan Markle evləndikdən sonra istifadə etmədiyi “Instagram” sosial şəbəkəsinə geri qayıdır. 

Uvertura.az xəbər verir ki, Daily Mail nəşrinin yazdığına əsasən onun bir postunun dəyəri 1 milyon dollar dəyərində olacağı təxmin edilir. Əlavə edilir ki, cütlük sosial şəbəkədən kifayət qədər sərvət qazana bilər.

Qeyd edək ki, cütlük Kraliyyət ailəsindən ayrılaraq ABŞ-a köçmüşdülər. Son zamanlara qədər isə boşanma xəbərləri və iş razılaşmalarının pozulması xəbərləri ilə gündəmdən düşmürdülər. 

Əlavə edək ki, Harry ilə evlənənə qədər isə Meghan-ın “Instagram”da 3 milyondan çox izləyicisi var idi. 

You may also like