Bakının ürəyi- İçərişəhər, əsrlərin xatirəsini özündə yaşadan tarixi məkan. Artıq 114 ildir ki, bu yerlər kinematoqrafçıların ziyarət yerinə çevrilib.
İçərişəhərin kino tərcümeyi-halı öz tarixini 1898-ci ildən götürür. O vaxtı indiki filarmoniya bağında “Şəhər bağında xalq gəzintisi” sənədli filmi (rej.-oper. A.M.Mişon) çəkilmişdi. O vaxtdan İçərişəhər bir çox sənədli və elmi-kütləvi filmlər üçün mövzu olmuşdur. Burada müxtəlif illərdə “Bakı SSRİ-nin incisidir” (1925), “Küləklər şəhəri” (1928), “Bakı bu gün” (1958), “Bakı və bakılılar” (1958), “Bakı haqqında 10 dəqiqə” (1956), “İçəri Şəhər” (1978), “Bakı. Portretə yeni ştrixlər” (1979), “Bakıda “Mosfilm” günləri” (1981), “Bakı eyvanları” (1986), “Bakı Sovet Azərbaycanının paytaxtıdır” (1987), “Neft Daşları” (1990), “Bakıda insan ovu” (1991), “Bakı metrosu” (1992) və s. filmlər yaradılmışdır. Bu sənədli və elmi-kütləvi filmləri rejissorlardan L.Səfərov, R.Ocaqov, Y.Əfəndiyev, N.Bəkirzadə, R.Nağıyev, M.Dadaşov, Z.Məhərrəmov kimi tanınmış sənətkarlar lentə almışlar