Bakıda yaşayan 17 yaşlı Zəhra Nəsirli Türkiyənin Xarici Tələbə Qəbulu İmtahanından 500 bal toplayıb.
Uvertura.az xəbər verir ki, AU rektoru Prof. Dr. Necdet Ünüvar avqustun 23-də son qeydiyyat üçün ailəsi ilə birlikdə Türkiyəyə gələcək Zəhra Nəsirli ilə onlayn görüşüb.
Görüşdə AU rektoru Ünüvar deyib:
“Zəhra həqiqətən çox savadlı uşaqdır. O, 80 sualın hamısına cavab verən çox savadlı qızdır. Bakıda oxuyub, araşdıraraq Ankara Universitetinin Tibb Fakültəsini tapıb. TR-YÖS-dən tam qiymət aldığı və bizi seçdiyi üçün onunla əlaqə saxladıq.YTB Zəhranı təqaüd proqramına qəbul etdi. Zəhra isə Ankara Universiteti Tibb Fakültəsini seçdi”.