Müğənni Xuraman Şuşalı Şuşadan paylaşım edib.
Uvertura.az sözügedən paylaşımı təqdim edir:
“Ailəmizdə qardaşım qarmon, bacım pianoçu, mən isə solo ifa edirdim. Qardaşım nağaraya gedirdi, sonra qarmon sinfinə keçdi. Evdə nağaramız da var idi. Evimizdə gecələr konsert olurdu. Gecələr qardaşım qarmon, bacım piano ifa edirdi. Atam karandaşı götürürdü, stola vururdu, mən isə oxuyurdum. Qonşular əl çalırdı. Özümü o vaxt ulduz hesab edirdim. Şuşada məktəblərdə oxuyurdum, Bakıdan belə çəkiliş gəlirdi. Allah düşmənləri yox etsin, həyatımızı alt-üst etdilər”.