lll “Korkut Ata” Türk Dünyası Film Festivalının müsabiqə proqramı çərçivəsində “Məryəm” tammetrajlı bədii filminin premyerası olub.
Uvertura.az xəbər verir ki, filmin premyerası Nizami kino mərkəzində baş tutub.
Tammetrajlı bədii film uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Almaniyadan Azərbaycana gələn, atasını ucqar rayonda yerləşən psixiatriya xəstəxanasında tapan Məryəm adlı qadından bəhs edir.
Elçin Musaoğlunun rejissoru olduğu filmdə Məryəm obrazını Təhminə Rafaella, atası rolunu isə Ayşad Məmmədov və Ərtoğrul Kamalov canlandırıb.
Filmin əsas çəkilişləri Zaqatala-Balakən bölgəsində aparılıb.
Qeyd edək ki, filmin ssenari müəllifi Elçin Musaoğlu, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssamı Zaur Abdullayev, prodüseri Fariz Əhmədovdur.