Bu gün Heydər Əliyev Mərkəzində “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində “Korkut Ata” III Türk Dünyası Film Festivalının mükafatlandırma və bağlanış mərasimi olub.
Uvertura.az xəbər verir ki, oktyabrın 8-də başlayan festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Əsas nominasiyalar üzrə qaliblər aşağıdakılardır:
“Ən yaxşı aktyor”
Ahmet Amandurdiyev (Türkmənistan)
“Ən yaxşı aktrisa”
Tahmina Rafaella (Azərbaycan)
“Ən yaxşı ssenari”
Abdulla Oripov (Özbəkistan)
“Ən yaxşı rejissor”
Asel Jurayeva (Qırğızıstan)
“Ən yaxşı sənədli film” – III mükafat
“Mənim dairəm” (Özbəkistan)
II mükafat
“Arqau” (Qazaxıstan)
I mükafat
“Sonuncu” (Azərbaycan)
“Ən yaxşı bədii film”
“Ulduz tozu” (rej. Ahmet Sönmez)
Ahmet Sönmezə mükafatı Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva təqdim edib.
Qeyd edək ki, IV “Korkut Ata” film festivalı Türkmənistanın Anev şəhərində keçiriləcək.