Uvertura.az-ın araşdırmasına görə, qara rəng həyatın qaranlıq şəkildə anlanmasının simvolu olan qətiyyətsizlik rəngidir. Qara geyinməyə üstünlük verən insanlar ideallarının əlçatmazlığına tərəddüd etdiklərinə görə həyatı adətən qara rənglərdə qəbul edirlər, özlərinə inanmırlar, depressiyaya meylli olurlar. Qayğının və sevginin olmamasından əziyyət çəkən insanlar şəkil çəkdirdikdə qara rənglərə üstünlük verirlər.
Boz dərrakəli, hər şeydən şübhələnən və hansısa bir qərar qəbul etməzdən əvvəl çox düşünən insanların sevimli rəngidir. Çox vaxt boz rəng bərk yorğunluq zamanı ətraf dünyanın qıcıqlandırıcılarından qoruyan divardır.
Qırmızı ehtiraslar rəngidir. Bu rəngi xoşlayanlar cəsarətli, iradəli, hökmranlığı sevən, tez özündən çıxan və mehriban insanlar olur. Qırmızı rəng ehtirasın və həm də şəhvətin simvoludur. Qırmızı rəngə nifrət və ondan qaçmaq daxili zəifliyi, fiziki və psixoloji yorğunluğu əks etdirir. Qırmızı rəngə daha çox yeniyetmələr üstünlük verir.
Qəhvəyi rəngi möhkəm və inamlı insanlar seçirlər. Bu rəngi sevənlər adət-ənənələri və ailələrini çox sevirlər. Qəhvəyi rəngə üstünlük vermək ilk növbədə sadə instinktiv duyğularla və primitiv sevinc hisslərinə həvəsi əks etdirir. Qəhvəyi rəngə meyl həmçinin müəyyən fiziki yorğunluğa işarə edir. Adətən qara rənglə bərabər qəhvəyi rəng də ən çox sevilməyən rənglərə aiddir.
Sarı sakitliyi, insanlarla münasibətlərdə sərbəstliyi, ziyalılığı əks etdirir. Sarı rəng sevilirsə bu mehribanlığa, hər şeyi bilmək həvəsinə, cəsarətə, asan uyğunlaşma qabiliyyətinə və insanların xoşuna gəlməkdən və onları cəlb etməkdən zövq almağa işarədir. Bu rəng sevilmirsə, deməli söhbət gərgin, bədbin, münasibət yaratmaqdan uzaq olan insanlardan gedir. Sarı rəng yaşıl və qırmızı rəngin qarışığından alınır və o nikbinlik rəngidir. Sarı rəngi əsasən hamiləliklərinin uğurla bitməsini gözləyən qadınlar və yerdəyişməyə meylli olan insanlar sevir.