Britaniyanın Surrey və Oksford universitetlərinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, mədəaltı vəzin xərçəngi yarandıqdan 2 il sonra əlamətlərini büruzə verir.
Uvertura.az xəbər verir ki, alimlər bildiriblər ki, xərçəng xəstəliyinin ən yayılmış əlaməti birdən-birə kəskin arıqlama, diabet xəstəliyi olmadan qanda şəkərin səviyyəsinin yüksəlməsidir.
Həkimlər mədəaltı vəzdə yaranan xərçəngin ən mürəkkəb xəstəlik olduğunu bildiriblər. Çünki ona öncədən diaqnoz qoymaq və müalicə etmək çətindir.