Uvertura.az xəbər verir ki, Uşaq yazıçısı Sevinc Nuruqızının “Melisa” nağıl-romanı Teatra qoyulacaq.
Qeyd edək ki, “Melisa” nağıl-romanı Türkiyədə keçirilən 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub.
Sevinc Nuruqızının “Melisa” nağıl-romanı 9-14 yaş uşaqların mütaliəsi üçün nəzərdə tutulub.
İndi isə filminə də getməyə imkanınız var. Romanın ümumi mövzusunu sizə təqdim edirik:
“Melisa” çəhrayısaçlı gəlincik həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını sübut edən sevgi hekayətidir. Melisa görür və hiss edir. Melisa bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. O tamaşaçını sürət qatarı kimi həyatın içi ilə aparmağı bacarır. Heç də hər şey çəhrayı rəngdə deyil…Həyat rəngarəngdir…Amma hər rəngdə bir ovuc çəhrayı SEVGİ var. Bu sevgi Melisadır. Melisa, sadəcə gəlincik deyil, o sadə həqiqətləri anlatmağa çalışan çəhrayısaçlı sevgidir. Melisa əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər… Yalnız sevgi.
Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Xoş istirahətlər…