ABŞ Prezidenti Cozef Baydenin administrasiyası islamofobiya ilə mübarizə strategiyası hazırlayacağını açıqlayıb.
Uvertura.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, uzun müddət Amerikada müsəlmanlar nifrət hücumlarına və ayrı-seçkiliyə məruz qalıblar.
Ağ Evdən bildiriblər ki, strategiya bu işdə maraqlı olan icmalarla birgə hazırlanacaq.
ABŞ hökuməti artıq bütün ölkədə antisemitizmlə mübarizə planını işə salıb.