“Uğur centlmenləri” filmindəki rolu ilə tanınan teatr və kino aktyoru Anatoli Yabbarov 86 yaşında vəfat edib.
Uvertura.az xəbər verir ki, Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyorun noyabrın 6-da dünyasını dəyişdiyi dəqiqləşsə də, ölümünün səbəbi açıqlanmır.
Anatoli Yabbarov 1937-ci il avqustun 24-də Bakıda anadan olub. O, kinoda debütünü 1964-cü ildə edib. Ən məşhur rolları arasında “Qaçış” (1970), “Uğur centlmenləri” (1971), “İki kapitan” (1976), “Həbsxanadan qaçış” (1977) filmləri var.
Anatoli Yabbarov daha çox epizodik rollar oynasa da, obrazları parlaq və yaddaqalan idi. Xüsusi teksturası sayəsində mənfi personajları yaxşı bacarırdı. Rusiyanın əməkdar artisti 1996-cı ildən Dövlət Kino Aktyor Teatrında çalışıb.