SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində “Ürəkdən ürəyə” adlı konsert keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutub. “Ürəkdən ürəyə” adlı konsertdə Leyla Əliyeva da iştirak edib.
Bu barədə Uvertura.az yerli mediaya istinadən xəbər verir.
Pianoçu və bəstəkar Ruslan Ağababayev, musiqiçilər Elvin Bəşirov və Ruslan Hüseynov qonaqlara şou-proqram təqdim ediblər. Leyla Əliyevanın yaradıcılığından ilhamlanan bəstəkar onun şeirlərinə musiqi bəstələyib.