Kino Yazarlar

Film analizi seriyasından – My Demon

Netflix-də yayınlanan Koreya istehsalı olan, My Demon ( Mənim Şeytanım) filmi məşhur film seriyalarından sayılır.

Filmin yaradıcısı Choi A-li, Kim Yang Han, Kwon Da-som eyni zamanda bir çox filmlərin də müəllifidirlər.

Film ümumi olaraq, fantastika və romantizmi mövzularından bəhs edir. Belə ki, filmin baş rolunda Do Do-hee adlı qadın qəhrəman, bir iblis olan Jeong Gu-won ilə təsadüfən tanış olur və restoranda yemek yeyirlər. Do Do-hee-ni övladlığa götürən ögey  anası vəfat etdikdən sonra hadisələr qarışır.

Öz canını düşmənlərindən qorumaq üçün, məcburiyyətdən iblisdən köməklik istəyən Do Do-hee daha sonra, iblisin bütün güclərini idarə etməyə başlayır.

Gücünü itirən iblis, Do Do-hee-nin bütün əmrlərinə tabe olur. Görəsən, onlar bir-birlərini sevəcəklərmi? İblis insana çevrildikdən sonra yaşaya biləcəkmi?

Qeyd edək ki, film, Netflix platformasında 2023-cü ilin Dekabr ayında yayınlanıb, yeni bölümlər də gözlənilir. Filmi onlayn da izləmək mümkündür.

Xoş izləmələr…

You may also like