“Böyük ehtimalla “JARA” bu yay Bakıya qayıdacaq. Biz buna beynəlxalq status əlavə etmək istəyirik və festivalın adı başqa olacaq. O, “Dream Fest” adlanacaq. Hələlik bunu anons etmirik, amma hər şey qaydasında olarsa, orada çoxlu sayda Rusiya və müxtəlif ölkələrdən sənətçilər çıxış edəcəklər”.
Uvertura.az xəbər verir ki, bu sözləri Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN) deyib.
Sənətçi onu da bildirib ki, ingilisdilli yeni albomunda müğənni Nikol Şerzingerlə ifa etdiyi mahnı da yer alacaq.
“O, çox gözəl müğənnidir, duetimiz də əla alınıb”, – deyə müğənni bildirib.
Müğənninin Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı suala isə E.Ağalarov müsbət cavab verib:
“Əlbəttə! Niyə də yox?”