“Hamı düşünür ki, ziyarətdən sonra hicaba keçəcəyəm. Amma yox, sənətim imkan vermir. Getdim oranı gördüm. Allah mənə yenidən imkan versə, özüm getmərəm, başqasını göndərərm. Adamlar var ki, neçə dəfə gedir”.
Uvertura.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Xəzər axşamı” proqramında deyib. Həcc ziyarətindən qayıdan sənətçi yaşadıqlarını danışıb:
“Mədinəni daha çox sevdim, oradakıların daha xoşxasiyyəti var. Məkkəyə isə bütün dünyadan adam gəlir. Xoşagəlməz hadisələr baş verir. Həcc ziyarəti olanda düşünürdüm ki, kim məni yollayar? Amma özüm getdim, anamı və qardaşımın yoldaşını apardım. Ağlıma gəlməzdi ki, özüm və iki başqa adamın xərcini ödəyim. Anamı aparmaq isə məsuliyyət idi. Yaşı və ağırçəkili idi, çətin idi”.