Filippinin Bohol əyalətində piton yerli sakinə hücum edib.
Uvertura.az xarici mediaya istinadən verdiyi xəbərə görə, 48 yaşlı Bolxulio Aleriya kəndlərarası yolla öz kəndlərinə gedərkən yolda ona böyük piton hücum edib.
İlan kişiyə sarılaraq onu öldürməyə çalışıb. Bolxulio Aleriya pitondan canını qurtarmaq üçün onun başını dişləyib. 10 dəqiqə davam edən mübarizədən kişi qalib çıxıb. Bolxulio Aleriya çətinliklə ilanın dərisini dişləri ilə deşdiyini bildirib. Dərisi deşildikdən sonra başı dişlənən ilan zəifləyib və kişini sıxmağı buraxıb.
Çoxlu qan itirən kişi kəndə gəlməyi bacarıb və onun xəstəxanaya yerləşdiriblər. Kişinin başından dişlədiyi piton isə ölüb, kənd sakinləri ilanı kəndə gətirərək yeyiblər.