AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi və “Ədəbiyyat qəzeti” birgə “Yeni ədəbiyyatı tanıdaq” adlı müzakirə layihəsinə başlayır.
15 fevral saat 12:00-da ilk müzakirəyə cəlb ediləcək əsər Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” (2023) romanıdır. Arzu edənlər müzakirəyə qoşula bilər.
Uvertura.az xəbər verir ki, müzakirə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçiriləcək.