“2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub”.
Uvertura.az animator Rəşid Ağamalıyevin sözlərinə istinadən xəbər verir ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin üzvləri nazirliyə məktub göndərilib:
Məktubda aşağıdakılar qeyd olunub:
Animasiya kinosu milli kinomuzun inkişaf strategiyasında heç vaxt prioritet olmayıb. Sovet Azərbaycanının 80-ci illərində hər il 5 film çəkilirdi. Müasir dövrdə isə hər il cəmi bir-iki animasiya filmi çəkilir. Nəticədə gənc və istedadlı kadrlar xaricə köçür və ya “outsource” işləyirlər. Uşaqlarımız isə, əsasən, türk, rus və ingilis dillərində animasiya filmlərinə baxırlar. Bu səbəbdən, düşünürük ki, Azərbaycanda məhz milli məzmunda və öz dilimzidə daha çox animasiya nümunələrinə böyük ehtiyac var.
Animasiya təhsili üzrə problem də gündəmdə qalır. Əfsuslar olsun ki, ölkəmizdə ixtisaslaşmış kadrlar çox azdır və yeni peşəkar kadrlara böyük ehtiyac duyulur. Animasiya filmlərimiz dünya standartlarına cavab vermir. Hətta ölkəmizdə də tamaşaçılar tərəfindən qəbul olunmur