Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.
Ədəbiyyat Mədəniyyət

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi bərpa edilir

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür.

Uvertura.az xəbər verir ki, böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tbilisidə yaşayıb yaratdığı evin bərpasına başlanılıb.

Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov “Report”un yerli bürosuna müsahibəsində deyib ki, böyük ədib uzun illər Tbilisidə yaşayıb yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tbilisi şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tbilisi şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq.

Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb.

Binanın fasadından tikilinin qəzalı vəziyyətdə olduğu aydın görünür. Pas atmış navalçalar və pəncərə məhəccərləri, ovulub dağılmış fasad binada uzun illərdir ki, heç bir təmir-bərpa işlərinin aparılmadığını əyani olaraq sübut edir. Yaxınlıqda yeni binanın inşa olunması da tikilinin fasad hissəsinə ciddi ziyan vurub. Onu da qeyd edək ki, C.Məmmədquluzadənin binanın fasadına vurulan xatirə lövhəsi də köhnəlib. Lövhədə gürcü və kiril əlifbaları ilə yazılan tanıtım məlumatlarındakı səhvlər də diqqət çəkir. Lövhədə yazılıb: “Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. (1866 Naxçıvan – 1931 Bakı)” yazısı əks olunub. Göründüyü kimi, ədibin anadan olduğu və öldüyü tarix də düzgün yazılmayıb. Ev-muzeyinin olduğu mənzilin interyerinin vəziyyəti də olduqca acınacaqlıdır. Otaqların tavan və bütün divarlarında dərin çatlar var. Divarlar hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Muzeyin yalnız bir otağında az sayda da olsa, müəyyən eksponatlar qorunub saxlanılıb. Bunlar əsasən C.Məmmədquluzadə və ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının nüsxələri, məcmuədə dərc olunan Abdulla Şaiqin portreti, tar və kamança və digər materiallardır. Muzeyin eksponatlarının siyahısının heç vaxt tərtib edilmədiyi məlum olur.

Muzeydə bu günümüzə qədər mühafizə edilmiş eksponatların hazırda SOCAR-ın binasında saxlanıldığı bildirilir.

Azərbaycan ictimai fikrinin formalaşmasında misilsiz rol oynamış C.Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpası və təmiri böyük ədib və yazıçının 155 illiyinə ən böyük töhfələrdən biri olacaq.

Oxşar Xəbərlər