Leyla adlı azərbaycanlı qadınla ötən il nikah masasına oturan türkiyəli futbolçu İlhan Mansız ata olub.
Uvertura.az xəbər verir ki, bu haqda keçmiş futbolçu sosial media hesabında paylaşım edib. Cütlük 23 fevralda doğulan oğullarına İmre Leon adını verib.
Qeyd edək ki, İlhan Mansız 2-ci dəfədir ata olur. Onun Aimee adlı 21 yaşında qızı var.