İçərişəhərdə və Bakının digər tarixi yerlərində çəkilişlərin aparılmasına qoyulan bütün qadağalar aradan qaldırılmalıdır.
Uvertura.az xəbər verir ki, bunu yerli kanallardan birində müsahibəsində Bakının tarixi və memarlığı sahəsində tədqiqatçı Fuad Axundov deyib.
O qeyd edib ki, bir neçə dəfə İçərişəhərdə çəkiliş aparmaq üçün icazə almalı olub:
“Məsələ hətta pulda da deyil. Sadəcə olaraq kimsə icazə verməlidir. Bu, utancverici haldır. Əksinə çəkilişlər üçün təşviq etmək lazımdır. Dünyanın bir çox şəhərlərində məhz belədir. Özləri təşviq edirlər ki, gəlin bizim ərazidə çəkilişlər aparın. Götürək elə Tbilisini. Əgər siz şəhərin hər hansı bir tarixi yerində çəkiliş aparmaq istəsəniz, heç kimdən icazə almaq lazım deyil”.