Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin sərgi salonunda Gürcüstanda yaşayan azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət “Rənglərin Ahəngi” adlı sərgi açılıb.
Uvertura.az xəbər verir ki, sərgidə Azərbaycan qadınlarının, eləcə də, uşaqların 35-dən çox rəsm əsəri və Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini və mətbəxini əks etdirən 25-dən çox əl işi nümayiş etdirilib.