Martın 21-də – gecə-gündüz bərabərliyində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi yaranmasının ilk ildönümünü qeyd edəcək.
Uvertura.az xəbər verir ki, “Nine Senses” ötən il ərzində 420 master-klas keçib, 90 xeyriyyə aksiyası və mühazirə təşkil edib, 6 sərgi təqdim edib.
Mərkəzin işinin mühüm hissəsi isə 3 fərqli məkanda mindən çox iştirakçını birləşdirən beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı idi.
“Biz Azərbaycan auditoriyası üçün pulsuz mühazirələr aparan müdrik ruhani müəllimləri cəlb etməkdən qürur duyuruq. Belə ki, bu, yaradıcılığı və özünü inkişaf etdirməyi hər kəs üçün əlçatan etmək öhdəliyimizin bir hissəsidir. Biz böyüklər, uşaqlar və ailələr üçün paket daxil olmaqla, yeni üzvlüklər təqdim etməklə bu yaz bərabərliyi və yenilənmə gününü qeyd edirik. Əminik ki, hər bir ailə üzvünün paralel olaraq inkişaf etmək imkanı olmalıdır.
Ən sərfəli qiymətə bütün fəaliyyətlərimizi özündə cəmləşdirən üzvlüklər təklif edərək sizi icmamızın bir hissəsi olmağa dəvət edirik. Gələcək festivallar və ailə yaradıcılıq layihələri üçün böyük planlarımız var. Bu barədə tezliklə məlumat veriləcək”, – “Nine Senses”in akademik direktoru Natalya Jukova bildirib.
Saat 11:00-dan 18:00-a kimi hər kəs rəsm, nevroqrafiya, suda rəsm, animasiya və rəqəmsal fotoqrafiya dərslərində iştirak edə, meditasiya və özünə kömək vasitəsilə nəfəs alma texnikalarını öyrənə, səs vannası qəbul edə və canlı musiqilər dinləyə, axşamlar isə “Vida” sağlam qida kafesinə baş çəkə bilər.
Bu gün “Nine Senses” studiyasının hazırladığı yeni animasiya filminin təqdimatı planlaşdırılır. Təxminən 3 metrlik art-obyektin rənglənməsi üzrə yaradıcı performans Mərkəzin yaxınlığındakı küçədə keçiriləcək.