Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açılıb.
Uvertura.az xəbər verir ki, Novruz bayramı və onun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdirilir.
Eksponatlar Xalça Muzeyi, Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstan Xalq Sənətkarları Assosiasiyası və kolleksiyaçı Virciniya Morqan-Hayatın kolleksiyalarına aiddir.
Sərgi çərçivəsində ustad dərsi və mühazirə keçiriləcək.
Tədbir martın 31-dək davam edəcək.