Türkiyəli aktrisa Hülya Duyar maraqlı açıqlama verib.
Uvertura.az xəbər verir ki, o, məşhur aktrisalar Hande Erçel və Meryem Üzerlini özü kəşf etdiyini bildirib.
“Mən o zaman kastinq direktoru idim. “Möhtəşəm yüz il” serialı çəkiləndə rejissor məndən heç tanınmamış bir aktrisa istədi, o zaman Məryəmin təqdimatını verdim. Məryəm Almaniyada teatrda çalışırdı. Hande Erçeli isə tam təsadüfi tapdım. Bir rəfiqəsi ilə aktyor agentliyinə gəlmişdi, təklif etdim, “Tatar Ramazan” serialında qonaq aktrisa kimi 3 bölümə çəkildi və beləcə yolu açıldı”, – o bildirib.
O nə Məryəmin, nə də Handenin hazırda ona qarşı xüsusi münasibətlərinin olmadığını bildirib:
“Məşhurluğun qapılarını onlar üçün mən açdım. Lakin aramızda elə bir yüksək münasibətlər yoxdur. Demək olar ki, görüşmürük”.