Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” adlı sərgi açılıb.
Uvertura.az xəbər verir ki, tədbir Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində təşkil olunub.
Sərgidə Belarusun məşhur rəssamlarının peyzaj janrında 35 əsəri nümayiş etdirilir.
Əsərlərin coğrafiyası Belarusun müxtəlif hissələrini – meşələri, kənd yerlərini, şəhər mənzərələrini əks etdirir.
Sərgidə beş müasir Belarus rəssamının əsərləri nümayiş olunur: Anton Vırvo, Anna Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniç.
Burada Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr olunmuş əsərlər də təqdim olunur.
Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Belarusun mədəniyyət naziri Anatoli Markeviç, Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov və başqaları iştirak ediblər.