Müğənni Roza Zərgərli səhnədə “olmazsa olmaz”larından danışıb.
Uvertura.az xəbər verir ki, ifaçı bu barədə “Özəl” verilişində məlumat verib.
“Şəxsi həyatımı, sevgimi, kədərli günümü, uğursuzluqlarımı tamaşaçı heç vaxt bilməyəcək. Mən çimərlik geyimində səhnəyə çıxa bilmərəm. Heç bir sənət yoldaşım deyə bilməz ki, mən onun arxasınca haradasa nəsə demişəm. Heç kimin çörəyinə bais olmaram”, – deyə o bildirib.