Uvertura.az xəbər verir ki, Alman aktyor Til Şvayger hazırda sepsislə mübarizə aparır. Əgər müalicə uğursuz olsa, o ayağını itirə bilər. Hazırda Şvayger Mayorka adasındakı klinikadadır.
“Avqust ayından ayağımda yara olduğu üçün iki həftədir xəstəxanada antibiotik qəbul edirəm. O zaman baldırım zədələndi və içəriyə mikroblar daxil oldu. Təəssüf ki, vəziyyət getdikcə pisləşir”, – deyə aktyor “Bild”ə açıqlamasında deyib.
Məlumata görə, onun ayağının amputasiya edilmə riski var.
Aktyor özünü yaxşı hiss etmədiyini bildirib. Cümə axşamı gecə onun hərarəti yenidən yüksəlib.
Qeyd edək ki, Til Şvayger Moskva Beynəlxalq Kinofestivalının “Müqəddəs Qeorqi” mükafatı ilə təltif olunub. Həmçinin “Fred hardadır?”, “Şərəfsiz ituşaqları”, “Bu müharibə deməkdir” filmlərində oynadığı rollarla tanınır. Şvayger rejissor kürsüsündədə yüksək peşakarlığını isbat etmiş kino adamıdır. “Göyçək”, “Göyçək 2”, “Başda olan bal”, “Körpü üzərində ayaqyalın” kimi tanınmış lentlərin rejissoru olub.