Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Uvertura.az F.Sadıqovun ilk olaraq yerləşdirildiyi “Liv Bona Dea Hospital”ın Mətbuat Xidmətinə istinadən xəbər veri ki, Faiq Sadıqov hospitala ağciyər pnevmoniyası diaqnozu ilə yerləşdirilmişdi.
“Vəziyyəti ağır olduğu üçün bir neçə gün idi ki, süni tənəffüs aparatına qoşulu vəziyyətdə müalicə alırdı. Həkimlərin səyi nəticəsində vəziyyəti kifayət qədər yaxşılaşdığı üçün bu gün süni tənəffüs aparatından ayrılıb palataya köçürülməli idi. Lakin ailəsi tərəfindən onun başqa xəstəxanaya köçürməsi istənildi və ailəsinin istəyinə əsasən o, Mərkəzi Neftçilər Xəstəxanasına köçürüldü”, – deyə bildirilir.