Mayın 16-sı xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan mənim dünyam” adlı konsert proqramı keçiriləcək.
Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri çıxış edəcək.
Onlar əməkdar artist Fəridə Hüseynova, Zəhra Parlanova, Rəcəb Zeynalov, Nicat Aslanov, basda Fuad Cəfər, nağarada Həsən Bilalov, tarda Emil Mirzəyev və Bəxtiyar Abbasov, kanon üzrə Aygün Mehmanlı və nağaralarda Rahib Ələkbərov tərəfindən müşayiət olunacaqlar.
Qeyd edək ki, konsertin bədii rəhbəri estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayeva aparıcısı isə Hüseynağa Aslanov olacaq.