Dünən səhər saatlarında məşhur müğənni Kalben azadlığa çıxdıqdan sonra pərəstişkarlarına müraciət edib.
Uvertura.az türk mediasına istinadən xəbər verir ki, narkotik əməliyyatı zamanı saxlanıldıqdan sonra gündəmə gələn müğənni Kalben Sağdıç məhkəmə nəzarətinə buraxılan kimi sosial media hesabında video paylaşıb. Kalben açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
“Mən yaxşıyam, daha yaxşı olacağam”.
“Əzizlərim, musiqi, ədəbiyyat, dostluq yolu ilə tanış olduqlarım.. Küçələrdə, konsertlərdə, festivallarda, kitab imza mərasimlərində rastlaşdıqlarım.. Həm xoş, həm də kədərli günlərimizi paylaşdıqlarım.. Səhhətimlə bağlı narahat olmağınızı istəmirəm.. Xalqımızın diqqətini bu şəkildə yayındırdığım üçün üzr istəyirəm. Ailəmin, sevdiklərimin, qohumlarımın yanındayam. Mən yaxşıyam, daha yaxşı olacağam.. Həmişə daha yaxşı olmağa çalışıram və çalışacağam. Sizi sevgi ilə qucaqlayıram”.
Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları, Kalben’in Cihangirdəki evindən 3 ədəd ümumi çəkisi 15 qram olan skunk adlı narkotik maddə ələ keçirib. Məlum olub ki, Kalben reyd zamanı narkotiki eyvandan atıb.
Polisə verdiyi ifadəsində narkotik satmadığını, sadəcə istifadə etdiyini bildirən Kalben bir gecə polis bölməsində qaldıqdan sonra evə buraxılıb.