Mədəniyyət

Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyi ilə bağlı “Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın Mümtazı” adlı geniş videomaterial hazırlanıb.

Kitabxanadan Uvertura.az-a bildirilib ki, materiallarda şairin gənclik illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin” jurnalı, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Dövlət Muzeyində xidmətləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə birgə fəaliyyəti haqqında məlumat verilib.

You may also like