Türkiyənin sevilən aktyoru Kıvanç Tatlıtuğ Küveytdə bir mağaza açılışına dəvət edilib, lakin karyerasına uyğun olmadığı üçün 12 milyon lirə dəyərindəki təklifi rədd edib.
Uvertura.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə “Aile” serialında baş rol olan Kıvanç Tatlıtuğ Küveytdəki bir mağazanın açılışına dəvət edilib. 12 milyon lirə və özəl təyyarə ilə təmin ediləcəyinə baxmayaraq aktyor bu təklifi karyerasına zidd hesab etdiyi üçün qəbul etməyib. Tatlıtuğ əvvəllər Qətər, Səudiyyə Ərəbistanı və Dubaydan da iş təklifi almasına baxmayaraq onları da qəbul etməyib.