Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, türk respublikalarının birgə iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film çəkiləcək.
Uvertura.az xəbər verir ki, mayın 22-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində film layihəsinin hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.
Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, filmin quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev və digər qonaqlar iştirak ediblər.