İyulun 13-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən teatrsevərlərin qarşısına çıxacaq.
Teatrdan Uvertura.az-a bildirilib ki, səhnə əsəri teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.