31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilib.
Uvertura.az xəbər verir ki, ayihə çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”ın əməkdaşlığı ilə Bakı Kristal Zalında (“Baku Crystal Hall”) “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı təşkil edilib.
Əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videoçıxışı dinlənilib.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyi bu layihəni ICESCO ilə birlikdə icra etməkdədir: “Çox şadıq ki, bu platforma irimiqyaslı layihəyə çevrilib. Biz gələcəkdə bu platformanı inkişaf etdirmək üçün yeni təşəbbüslər irəli sürəcəyik”.