Belarus əsilli rusiyalı aktrisa Aleksandra Bortiç iş adamı əri Yevgeni Savelyevdən boşanıb.
Uvertüra.az xəbər verir ki, 28 yaşlı aktrisa bu barədə sosial şəbəkədə məlumat yayıb. O, ailəsi ilə foto paylaşaraq bunları yazıb:
“Müəyyən müddətdir ki, bir yerdə deyilik. Ancaq biri-birimizi əbədi olaraq sevirik, hörmət edirik və oğlumuzu birlikdə böyüdürük. Hər şey yaxşıdır”.