14 ay davam edən evliliklərində ər-arvad arasında bir çox qalmaqal yaşanıb. Hətta otel otağında dava edən zaman yıxılan Britni başını stola çırparaq zədələyib. Həmin an ifaçının başına tikiş də qoyulub.
Bu haqda TMZ məşhur portalın təsisçisi Harvi Levin “Britni Spirs: Boşanma və ümidsizlik” sənədli filmində deyib. Bildirilib ki, Semin bu münasibəti kəsmək qərarına gəlməsinin əsas səbəbi pop ulduzun davranışının gözlənilməzliyi və dəyişkənliyi olub.