Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/
Mədəniyyət

Bu gün unudulmaz heykəltaraş Münəvvər Rzayevanın doğum günüdür

Özünəməxsus dəst-xətə malik heykəltaraş olan Münəvvər Rzayeva əsasən psixoloji portret ustası idi. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi. Bu, onun yaradıcılıq üslubunun əsas cəhəti idi. İstedadı, zəngin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı diqqəti cəlb edir. Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlərinin hər biri nadir sənət nümunələri kimi qiymətləndirilib. Yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşıb. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.

Uvertura.az xəbər verir ki, bu gün Azərbaycanın ilk monumentalçı qadın heykəltaraşı, Əməkdar rəssam Münəvvər Rzayevanın anadan olmasından 94 il ötür.

Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Şuşada anadan olub. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirib.

Münəvvər Rzayeva yüzədək müxtəlif səpkili sənət əsəri yaradıb, müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildə Rəssamlıq İttifaqının üzvü seçilib. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib.

Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA Nizami adına Ədəbiyyat Muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.

Onun sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3 min 763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir.

Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da – doğum günündə dünyasını dəyişib. Onu qiyabi olaraq çoxları tanıyırdı. Bəziləri özünü görməsələr də, Münəvvər xanımı onun yaradıcı əllərindən yoğurulmuş, ədəbiləşmiş heykəllərində görürlər. O, neçə vaxtdan bəri Bakı, Gəncə, Zaqatala, Quba və digər şəhərlərin küçə və meydanlarını bəzəyən dəyərli şəxsiyyətlərin heykəl və büstlərini öz incə duyumu ilə yaratmışdı.

Oxşar Xəbərlər