magbo system
Mədəniyyət

Hatayda “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində tədbirlər təşkil olunub

Hatayda “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində tədbirlər keçirilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə Türkiyənin Hatay şəhərində Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunub.

Uvertura.az xəbər verir ki, Hatay Mustafa Kamal Atatürk Universitetində keçirilən “Dünəndən bu günə Türkiyə–Azərbaycan əlaqələri” mövzusunda tədbirdə iki ölkə arasında dostluq, qardaşlıq, mədəni və elmi əlaqələrin inkişafından bəhs edilib.

Tədbir çərçivəsində Azərbaycan–Türkiyə münasibətlərinə həsr olunan panel təşkil olunub, universitet kitabxanasında Azərbaycan bölməsi açılıb və Azərbaycan tarixi, mədəniyyətinə dair 100 kitab hədiyyə edilib.

Həmçinin “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində milli rəqslər və musiqi nümunələrindən ibarət bədii proqram təqdim olunub.

You may also like