magbo system
Şou-biznes

“Yeraltı”ının final tarixi açıqlandı

Türkiyənin maraqla izlənilən seriallarından olan “Yeraltı” mövsüm finalına hazırlaşır.

Uvertura.az xəbər verir ki, geniş müzakirələrə səbəb olan ekran işi 20 mayda yayımlanacaq 16-cı bölümlə mövsümü tamamlayacaq.

Berna Aruzun ssenarisi, Murat Öztürkün rejissorluğu ilə ərsəyə gələn layihənin mövsüm finalında aktyor heyətində dəyişiklik yaşanacaq. “Kartal” obrazını canlandıran aktyor Cemal Hünal serialla vidalaşacaq. Bildirilir ki, obrazın ayrılığı final bölümündə baş verəcək hadisələrlə təqdim olunacaq.

Qeyd edək ki, “Yeraltı” yayımlandığı gündən mövzusu və aktyor heyəti ilə böyük maraq qazanıb.

You may also like