Mədəniyyət

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakıya ev sahibliyi etdiyi günlərdə İçərişəhər zəngin mədəniyyət və əyləncə proqramları ilə diqqət mərkəzində olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən uvertura.az-a bildirilib ki, mayın 18–24-də qədim qoruğun müxtəlif məkanlarında interaktiv, inklüziv və yaradıcı layihələr həyata keçirilib.

Proqram çərçivəsində Qız Qalası meydanında qastro-zona fəaliyyət göstərib, milli mətbəx nümunələri təqdim olunub, ustad dərsləri keçirilib. Azyaşlılar üçün rəsm və heykəltəraşlıq pavilyonları, “Graffiti Jam” layihəsi, “Gələcəyin memarları” sərgisi təşkil edilib.

Eyni zamanda, Qoşa Qala meydanında şəhərsalma yarmarkası, konsert proqramları, Bakı Xanları Parkında əl işləri sərgi-satışı, həmçinin “Game Urban” interaktiv əyləncə zonası fəaliyyət göstərib.

Tədbirlər bu gün Qız Qalası meydanı yaxınlığında keçiriləcək “Circle Game” interaktiv proqramı ilə yekunlaşacaq.

You may also like